Rusiya Federasiyası Kiyevlə münaqişə ilə bağlı danışıqlara hətta sabah da başlaya bilər, lakin bir şərtlə ki, Moskva bütün qoşunlarını qanuni Ukrayna ərazilərindən çıxarsın.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski İsveçrədə keçirilən sülh sammiti çərçivəsində mətbuat konfransı zamanı deyib.
“Rusiya ilə danışıqlara gəlincə… Qanuni ərazilərimizdən çıxsalar, heç nə gözləmədən sabah da bizimlə danışıqlara başlaya bilərlər”, – deyə o bildirib.