Zelenski şam yeməyində əsəbi idi: ona başa saldılar ki…

Zelenski şam yeməyində əsəbi idi: ona başa saldılar ki…

Litvanın paytaxtında NATO ölkələrinin sammiti keçirildi, nəticədə Ukrayna alyansa dəvət yerinə Qərbdən yeni zəmanətlər aldı. Sammitdən anlaşıldı ki, birincisi, Ukrayna hələlik alyansa dəvət olunmayacaq. Ötən ilin sentyabrında Kiyev NATO-ya üzv olmaq üçün rəsmi ərizə verib, lakin hələ də alyansa üzv olmaq üçün dəvət almayıb. Alyansın sədri Stoltenberq bildirib ki, Kiyev yalnız Rusiya ilə münaqişə başa çatdıqdan sonra NATO-ya üzv olacağına ümid edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“İkincisi, Ukrayna Prezidenti Zelenskidən “sakitləşməsi” tələb olundu. Zelenski isə NATO-nun ölkəsinə üzvlükdən imtinanı absurd adlandırdı. Sammitin ilk günündə şam yeməyi zamanı Zelenski çox əsəbi idi və bu, Ukraynaya milyardlarla dollarlıq silah və yardım göndərən Qərb tərəfdaşlarını qıcıqlandırdı. Ona çatdırıldı ki, Ukraynanın Qərb müttəfiqləri “Amazo”nun silah çatdırma xidməti deyil və Kiyev öncə onlara təşəkkür etməlidir.

Üçüncüsü isə Ukrayna G7-dən təhlükəsizlik zəmanəti aldı. Kiyev NATO-ya dəvət almasa da, G7 ölkələri Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olduqlarını bildirdilər”, – məlumatda deyilir.

Qeyd edək ki, 2022-ci ilin fevralından 2023-cü ilin mayına qədər Qərb Ukraynaya yardım üçün 165 milyard dollar ayırıb ki, bu da ölkənin ÜDM-sindən (160 milyard dollar) çoxdur.

Teqlər: