Ukrayna vətəndaşı Mixail Saakaşvilinin həyatını xilas etməyin yeganə yolu Avropa İnsan Haqları Məhkəməsinin qərarıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Və daha bir məsələ… Mixail Saakaşvilinin həyatı indi siyasi, hansısa şəxsi deyil, sırf etik qərardan asılıdır. Bu, təmiz və ciddi hüquqi bazadan asılıdır”, – deyə o bildirib.
Prezident vurğulayıb ki, əgər insanın tibbi yardıma ehtiyacı varsa, həyat bundan asılıdırsa, deməli bu addım lazımdır.