Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin son görüntüsünü paylaşaraq onun tədricən öldürüldüyünü qeyd edib.
AzerTimes xəbər verir ki, V.Zelenski bu barədə Tvitter səhifəsində paylaşım edib.
“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili… Yavaş-yavaş öldürülür. XXI əsrdə Avropada bir insanın faktiki olaraq açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır!”, – deyə Zelenski bildirib.