Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Ruslan Demçenko işdən çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.
Onun hansı səbəbdən işdən çıxarıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, daha öncə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktova da işdən çıxarılıb.