Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qabaqlayıcı nüvə zərbəsi endirilməsi ilə bağlı çağırış etmədiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısı BBC-yə açıqlamasında deyib.
“Düşünürəm, bu barədə danışmaq belə təhlükəlidir. Dedim ki, preventiv “təpkilərdən” istifadə etmək gərəkdir, zərbə endirmək deyil”, – Zelenski bildirib.
Dövlət başçısı “qabaqlayıcı təpki” deyərkən, sanksiyaları nəzərdə tutduğunu söyləyib. Zelenski sözlərinin Rusiya tərəfindən təhrif olduğunu qeyd edib.