
Əlverişsiz hava şəraiti ötən gecə Rusiyanın kütləvi hücumuna cavab verərkən Ukrayna hava hücumundan müdafiə vasitələrinin effektivliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski brifinqdə bildirib.
Zelenski qeyd edib ki, Rusiyanın həmin gecəki kütləvi zərbəsinin əsas səyləri Ukraynanın 4 vilayətinə yönəlib:
“Bu, ilk belə hal deyil. İnanıram ki, hava şəraiti bizim efektliyimizi təxminən 20-30 faiz azaldıb”.

