Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında
İstanbulda keçirilmiş danışıqları müsbət qiymətləndirib.
AzerTimes-ın məlumatına görə, bunu V.Zelenski vətəndaşlara növbəti
videomüraciətində bildirib.
“Siqnalları müsbət adlandırmaq olar”, – deyə Ukrayna Prezidenti
qeyd edib.
V.Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri, Ukrayna
kəşfiyyatı və Ukraynanın müdafiəsində iştirak edən hər kəs “xalqımızın və dövlətimizin sağ qalması üçün həqiqətən çalışan
yeganə təminatdır”.