Zelenski Rusiya tərəfindən qondarma “DXR” və “LXR” tanınmasını Ərdoğanla müzakirə edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan və Avropa Şurasının sədri Şarl Mişellə müzakirələr
aparmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ukraynalı lider öz “Twitter”
hesabında yazlb.

Tərəflər Rusiya prezidenti Vladimir Putin tərəfindən qondarma
“DXR” və “LXR”in tanınmasını müzakirə edəcəklər.


“Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Boris
Consonla mövcud vəziyyəti müzakirə etdik. Avropa Şurasının
prezidenti Şarl Mişel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla
müzakirələr planlaşdırılır”, – V. Zelenski bildirib.

Teqlər: