Zelenski Rusiya ilə danışıqlarda prioritetlərini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində
Rusiya ilə danışıqlara dair prioritetlərini açıqlayıb.

Bu barədə Trend “UNİAN”a istinadən xəbər verir.

V.Zelenski bildirib ki, Ukraynadakı müharibə ilə bağlı Rusiya
ilə danışıqlara dair prioritetləri qarşıdurmanın başa çatması,
təhlükəsizlik, suverenlik, ərazi bütövlüyünün bərpasıdır.

“Danışıqlara dair prioritetlərim tamamilə aydındır. Müharibənin
başa çatması, təhlükəsizlik təminatları, suverenlik, ərazi
bütövlüyünün bərpası, ölkəmiz üçün real təminatlar, ölkəmiz üçün
real müdafiə”, – deyə V.Zelenski bildirib.