Zelenski Rusiya ilə bağlı buna razılaşmayacaq!

Zelenski Rusiya ilə bağlı buna razılaşmayacaq!

Ukrayna Rusiya ilə heç bir güzəştə getməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“Ruslar heç bir danışıqlarda maraqlı deyil. Onlar Ukraynanın kapitulyasiyasını istəyirlər. Amma bu, heç vaxt baş verməyəcək. Zelenski heç vaxt heç nə ilə razılaşmayacaq, nə Minsk razılaşmalarına, nə də dondurulmuş münaqişəyə. Xeyr, buna əminəm. İnsanlar yorğun olduqlarını deyə bilərlər, ancaq onlardan “Rusiyaya güzəştə getmək istəyirlərmi” deyə soruşsanız, qəti şəkildə “yox” deyəcəklər. İnsanlar hələ də bizim qələbəmizə inanırlar”, – deyə Yermak bildirib.

O, həmçinin izah edib ki, Ukrayna hakimiyyəti yerli əhalini və məmurları həvəsləndirmək üçün tez-tez cəbhəyanı bölgələrə gedir.

Teqlər: