Ukrayna Prezidenti Vladimir Zelenski rus qoşunlarının şərqdə hücumunu davam etdirməsinin və güclənməsinin əsas səbəblərini açıqlayıb.
AzerTimes xəbər verir ki, o, bu barədə “Le Monde” qəzetinə müsahibəsində deyib.
“Bunun bir neçə səbəbi var. 14 briqada hazırlamışıq, bu artıq sirr deyil. Əsgərlərə dincəlmək və möhkəmlənmək imkanı verən briqadaları təchiz etmək, ərazimizi qorumaq və rotasiyaları təşkil etmək istəyirdik.14 briqadadan yalnız üçü komplektləşdirilmişdirsə, rusları dayandıra bilərikmi? İkinci səbəb rusların geri çəkilməkdən qorxmasıdır. Əgər geri çəkilsələr, öldürüləcəklər. Bu belədir. İnsanın həyatını qoruyub saxlamadan mübarizə aparmaq məntiqsizdir.
Ruslar bu barədə düşünmək istəmirlər. Putin biganədir, ölənləri saymır. Üçüncü səbəb isə Qərb silahlarından Ukraynanın lazım bildiyi şəkildə istifadə edə bilməməsidir. Düşməni dayandırmaq üçün bütün silahlarımızdan istifadə etməmək ciddi problemdir”, – o bildirib.