Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye vilayətinə işgüzar səfəri zamanı Melitopol istiqamətində hücum əməliyyatları aparan briqadaların yerləşdiyi ərazilərə baş çəkib və hərbçilərin zəruri ehtiyacları barədə məlumatları dinləyib.
AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısının saytında yerləşdirilən məlumatda deyilir.
“Zelenski döyüş əməliyyatlarının gedişi ilə bağlı komandirlərin məruzələrini dinləyib, briqada komandirləri və batalyon komandirləri ilə birlikdə bölmələrinin ən problemli məsələlərini müzakirə edib”, -məlumatda bildirilib.