Vladimir Zelenski Ukraynanın legitim və qanuni prezidentidir, çünki hərbi vəziyyət dönəmində seçkilər mümkün deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna azad, işğal edilməmiş ölkə olmasını istəyir, lakin seçkilərin keçirilməsinə imkan verməyən yeganə şəxs Ukraynaya hücum edən Rusiya Prezidenti Vladimir Putindir.