Rusiyanın hazırki Prezidenti Vladimir Putinlə razılaşmaq mümkün deyil, Ukrayna Rusiyanın başqa prezidenti ilə dialoq aparacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski bu gün Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyini və növbəti qərarın qəbul olunduğunu bildirib:
“Birinci – Ukraynanın gücləndirilməsi və işğalçıların torpaqlarımızdan qovulması sülhü gətirəcək. Biz bu yolla gedəcəyik”.