Ukrayna Prezidenti Vladimir Zelenski Qəzza zolağı ətrafında gərginliyə görə Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşrində dərc edilən məqalədə bildirilib.
Nəşr qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət Rusiya-Ukrayna müharibəsinin gələcək inkişafına böyük təsir göstərəcək.
Məqalədə deyilir ki, dünya ictimaiyyətinin diqqəti Ukraynadan İsrailə keçdiyinə görə Qərb öz simasını saxlamaq və eyni zamanda Kiyevə maliyyə yardımını kəsmək, bununla da onu Moskva ilə danışıqlara məcbur etmək imkanı əldə edəcək.
“Zelenski diqqət Yaxın Şərqə yönəldiyi üçün Qərbdən dəstək axtarır”, – məqalədə vurğulanıb.