Ukrayna Prezidenti Volodimit Zelenski Rusiya Prezidenti Vladimir
Putinlə birbaşa danışıqlara hazırdır.
AzerTimes-ın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna
Prezidentinin Aparatı rəhbərinin müavini Andrey Sibiqa deyib.
“Biz müharibənin dayandırılması və sülh danışıqlarının
tərəfdarıyıq. Ukrayna Prezidenti V.Putinlə birbaşa danışıqlara
hazırdır. Və hər hansı bir gündəm məsələsi haqqında danışmaqdan
qorxmur. Təbii ki, heç bir ultimatum olmadan və qətiyyətlə”, – deyə
A.Sibiqa bildirib.