Zelenski Putinin nüvə hədəsindən danışdı

Zelenski Putinin nüvə hədəsindən danışdı

Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidləri aldadıcı gediş deyil, bu cür şantajın ilk addımlarıdır. Dünya indi işğalçı dövlətin başçısına qarşı təzyiqləri davam etdirməli, oxşar ritorikanın qarşısını almalıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“O (Putin – red) bütün dünyanı qorxutmaq istəyir. Bu, onun nüvə şantajının ilk addımlarıdır. Düşünmürəm ki, o, gediş edir. Düşünürəm ki, dünya onu bu təhlükəni törətməkdən saxlayır. Davam etməliyik. Ona təzyiq etmək lazımdır”, – Zelenski bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiya nüvə şantajında təkcə öz arsenalına arxalanmır. O, həmçinin Zaporojye AES-in işğalından və Cənubi Ukrayna Atom Elektrik Stansiyasının üzərindən raket buraxılışlarından təsir vasitəsi kimi istifadə edir.

Teqlər: