Ukrayna və Rusiya prezidentlərinin görüşü sülhün bərpası üçün
açardır. Belə bir sammit təkbətək söhbət üçün mümkün kompromislər
işlənib hazırlandıqda baş tuta bilər.
AzerTimes xəbər verir ki, bunu
BBC-yə müsahibəsində Ukrayna Prezidenti Aparatının rəhbərinin
müşaviri, nümayəndə heyətləri səviyyəsində danışıqların iştirakçısı
Mixailo Podolyak deyib.
“İstənilən fundamental qərarlar yalnız iki ölkə – Rusiya
Federasiyası və Ukrayna prezidentlərinin görüşündə qəbul edilə
bilər.
Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. O, hazırlanır və
hazırlanacaq, bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla
əlaqələrimiz var, müharibənin qaynar fazasının sona çatmasında
maraqlı olan bir çox ölkələr var. Danışıqlar prosesi çərçivəsində
işçi qrupları yaradılanda bəzi ilkin sənədlər hazırlanıb
prezidentlərə veriləcək, onlar bunu qiymətləndirəcəklər, bu, artıq
bir yol xəritəsidir ki, üzbəüz müzakirə oluna, sonra bu görüş baş
tuta bilər”, – Podolyak bildirib.