Zelenski Paveli Ukraynaya dəvət etdi

Zelenski Paveli Ukraynaya dəvət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun təqaüddə olan generalı Petr Paveli Çexiyada keçirilən prezident seçkisində qələbəsi münasibətilə şəxsən təbrik edib. O, çexiyalı həmkarını Ukraynaya dəvət edib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitterdə yazıb.

“Mən Petr Paveli Çexiyada keçirilən prezident seçkisində qələbəsi münasibətilə şəxsən təbrik etdim. Ona və çex xalqına dəstəyə görə təşəkkür etdim. Onu Ukraynaya səfərə dəvət etdim”, – Zelenski bildirib.

Teqlər: