Ukrayna lideri Vladimir Zelenski Rusiya qüvvələrinin Dnepropetrovskdakı “Yujmaş” zavodunu vurduğu orta mənzilli “Oreşnik” ballistik raketi ilə bağlı açıqlama verib.
AzerTimes xəbər verir ki, o, bu barədə noyabrın 24-də axşam çıxışında danışıb.
Zelenskinin sözlərinə görə, hazırda raket qalıqları yoxlanılır.
O, həmçinin bəyan edib ki, dünyada belə raketlərdən qorunmaq iqtidarında olan hava hücumundan müdafiə sistemləri mövcuddur:
“Bu raketin bütün detallarını və bütün xüsusiyyətlərini müəyyən etmək üçün ekspertiza və tərəfdaşlarla iş hazırda davam edir”.