Macarıstanın Baş naziri Viktor Orbanla ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik.
AzerTimes xəbər verir ki, bu barədə Vladimir Zelenski Tvitter səhifəsində məlumat yayıb.
“Macarıstanın Baş naziri Viktor Orbanla səmərəli söhbətim oldu. Mən ona Ukraynanın suverenliyini dəstəklədiyinə və müharibə zamanı ukraynalılara verdiyi sığınacağa görə təşəkkür etdim. Namizədlik statusunu dəstəklədiyiniz üçün təşəkkür edirəm. Mən sizi Ukraynaya səfərə dəvət edirəm “, – prezident bildirib.