Zelenski: Onların xəyanətinə dözməyəcəyəm

Zelenski: Onların xəyanətinə dözməyəcəyəm

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Rusiya təcavüzündən qorunmaq üçün vəsait axtardığı bir vaxtda məmurların dövlət prinsiplərinə və ictimai maraqlara xəyanətinə dözməyəcəyini bəyan edib.

AzerTimes xəbər verir ki, Zelenskinin bəyanatı korrupsiya ilə bağlı səs-küylü təhqiqatlar fonunda səslənib.

Onun sözlərinə görə, bütün diqqətlərin vətənin müdafiəsinə yönəldiyi bir vaxtda dövlət maraqlarına zidd olaraq istənilən varlanmaq hərisliyi qəzəb doğurur.

Qeyd edək ki, bir müddət öncə Polşada ezamiyyətini başa vurduqdan sonra Maldiv adalarına tətilə gedən “Xalqın xidmətçisi” partiyasının sabiq deputatı Yuri Aristova qarşı cinayət işi açılıb. Nəticədə vəzifəli şəxslərin xaricə getməsi qadağan edildiyi bir vaxtda Ukraynaya qayıtmayan deputat istefa vermək məcburiyyətində qalıb. Bu günlərdə isə korrupsiyada ittiham edilən Odessa şəhərinin sabiq hərbi komissarı Yevgeni Borisov Kiyevdə saxlanılıb.

Teqlər: