Ərazi bütövlüyümüzü qoruduğumuz kimi, cəmiyyətin də bütövlüyün qorumalıyıq.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalı qaçqınların ölkəyə mümkün qayıdışı ilə bağlı açıqlamasında deyib.
“Öz yurd-yuvasından didərgin düşərək xaricdə sığınacaq tapan milyonlarla insanımız qaçqına çevrilməməlidir. Biz onları Ukrayna cəmiyyətinin bir hissəsi kimi qoruyub saxlamalıyıq, onların geri qaytarılmasını təmin etməliyik. Bura işin müxtəlif komponentləri daxildir”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, təhlükəsizliyin və iqtisadi artımın təmin edilməsi, Ukraynanın Avropa İttifaqı və azad dünyanın digər aparıcı subyektləri ilə əlaqələrinin bərpası və gələcək inteqrasiyası, Ukraynada və ukraynalı miqrantların qaldığı qabaqcıl ölkələrdə insan hüquqlarının qorunması, sosial və şəxsi azadlıqların bərabərləşdirilməsi, müasir veteranlar siyasətinin yaradılması bu komponentlərə daxildir.