Rusiyanın saxta məlumatlar yaymaqda məqsədi Ukraynaya silah tədarükünün qarşısını almaqdır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Afrika ölkələri mediasının nümayəndələri ilə onlayn görüş zamanı deyib.
“Dəmir yolu infrastrukturumuzu, körpülərimizi dağıtdılar… Sonra bizim üçün dənizi yollarını bağladılar. Amma anladılar ki, biz ordumuzun gücünü artıracağıq… Bundan sonra isə saxta məlumatlar yaymağa əl atdılar ki, guya bizə verilən silahları satırıq. Biz onlar kimi əclaf deyilik – insan alveri etmirik, silah alver etmirik, ləyaqətimiz və ölkəmizlə alver etmirik. Bizim ordumuzla onların ordusu arasında fərq budur”, – Zelenski bildirib.
Prezident həmçinin qeyd edib ki, tədarük edilən bütün silahlarla bağlı məlumatlar onu verən ölkələr üçün açıqdır.