Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi tərk etməsi ilə
bağlı yayılan xəbərləri təkzib edib.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna dövlət
başçısı “Instagram” səhifəsində iş yerindən video yayımlayıb.
“İki gündən bir xəbər gəlir ki, guya mən Ukraynadan, Kiyevdən
harasa qaçmışam. Amma görürsüz ki, mən burdayam. Heç kim heç yerə
qaçmayıb. Biz işləyirik”, – deyə V.Zelenski müraciətində
bildirib.