Zelenski ölən və yaralanan ukraynalıların sayını açıqlayıb

İlkin məlumatlara görə, bu gün 137 ukraynalı hərbçi və mülki
şəxs həlak olub, daha 316 nəfər yaralanıb.

Trend xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski
Telegram-kanalında yerləşdirilmiş müraciətində bildirib.

O, vurğulayıb ki, Kiyevi tərk etməyib və hazırda iqtidarın digər
təmsilçiləri ilə paytaxtın hökumət məhəlləsindədir.


“Mən mərkəzi hakimiyyətin işi üçün lazım olan hər kəslə birlikdə
hökumət məhəlləsindəyəm”, V. Zelenski bildirib.

O əlavə edib ki, Rusiya ilə Ukraynanın neytral statusunu
müzakirə etməkdən çəkinmir.