Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 30-da Nikolayev vilayətinə səfər edib. O, orada bölgədəki mövcud vəziyyətlə bağlı müşavirə keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
İclas iştirakçıları Ukraynanın cənubundakı əməliyyat vəziyyətini, həmçinin Rusiyanın raket və PUA-larının hücumlarının nəticələrini müzakirə ediblər.