Ukrayna Prezidenti Vladimir Zelenski ilə NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezidenti Teleqram kanalında məlumat yayıb.
“Biz Alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik”, – prezident bildirib.
Söhbət zamanı Zelenski və Stoltenberq Qara dənizdəki mövcud vəziyyət və bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklərlə bağlı öz qiymətləndirmələrini də bölüşüblər.