Zelenski müharibənin dayandırılmasına qarşı çıxdı

Zelenski müharibənin dayandırılmasına qarşı çıxdı

Rusiya Federasiyası ilə müharibənin dondurulmasına razılaşmağımız mümkün deyil.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Deyə bilərəm ki, dünyada hər şey ilk növbədə bizim gücümüzdən asılıdır. Əminəm ki, işğalın əvvəlində Ukrayna dövlətinin daxilindəki güc bütün dünyaya necə birləşmək lazım olduğunu göstərdi. Biz hamımız bilirik. Mənə elə gəlir ki, bu mesaj hər şeydən önəmliydi. Və bunu itirmək olmaz. Həmçinin, bunu nə daxilimizdəki nə də, kənardakı şəxslərin etməyinə imkan verə bilmərik”, – Zelenski deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna hazırda münaqişəni donduraraq rahatlaşa bilməz:

“Bu, bizim zəif olduğumuzu göstərə bilər. Heç bir halda biz təşəbbüsdən əl çəkməməliyik. Enerji riskləri, istilik mövsümü, nüvə şantajı, Qara dənizin blokadaya alınması, aclıq təhlükəsi və sairə. Bir çox ölkələr üçün bütün bunlar təşəbbüsləri itirə bilər. Ukraynanın bunları itirməyə haqqı yoxdur və Avropa da bu imkanları itirməyə imkan verməməlidir”.

Teqlər: