Zelenski Modi ilə bu 4 istiqamətdə razılaşıb

Zelenski Modi ilə bu 4 istiqamətdə razılaşıb

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə gələn Hindistanın Baş naziri Narendra Modi ilə danışıqların məzmunu haqqında ilk açıqlamada jurnalistlərə bildirib ki, Hindistan və Ukrayna 4 fərqli sahədə əməkdaşlıq sənədləri üzərində razılaşıblar.

AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, bu sənədlər tibb, kənd təsərrüfatı, eləcə də humanitar və mədəni sahələrdə əməkdaşlığa aiddir.

Zelenski Modinin səfərini tarixi adlandırıb və Hindistanın Baş naziri ilə ikinci Sülh Sammitini, eləcə də Hindistanla ticarət və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək niyyətində olduğunu bildirib.

Modi isə Ukrayna və Rusiyanı sülh danışıqlarına başlamağa çağırıb:

“Münaqişənin həlli yolunu tapmaq yalnız dialoq və diplomatiya yolu ilə mümkündür. Biz isə vaxt itirmədən bu istiqamətdə hərəkət etməliyik. Hər iki tərəf danışıqlar masası arxasına keçməli və bu böhrandan çıxış yolu axtarmalıdır”.

Teqlər: