Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel
Makron ilə Ukraynaya, xüsusən də müdafiə sahəsində dəstəyi müzakirə
edib.
Trend xəbər verir ki, bu barədə V.Zelenski öz “Twitter”
səhifəsində yazıb.
Ukrayna dövlət başçısı fransalı həmkarı ilə dialoqun davam
etdirilidyini vurğulayıb. O, bildirib ki, telefon danışığı zamanı
Ukrayna xalqının mübarizəsində, o cümlədən müdafiə sahəsində
dəstəyi müzakirə edilib.
“Sülh dialoqunun davam etdirilməsinə xüsusi diqqət yetirilib”, –
V.Zelenski bildirib.