Fransa “Miraj” qırıcılarının Ukraynaya təhvil verilməsi prosesini sürətləndirəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla söhbətindən sonra deyib.
“Prezident Emmanuel Makronla məhsuldar söhbət etdim, Fransanın Ukraynanın hava hücumundan müdafiə sisteminin təcili gücləndirilməsinə kömək etmək istəyinə, eləcə də hərtərəfli müdafiə dəstəyinə və “Miraj” təyyarələrinin təhvil verilməsi prosesini sürətləndirdiyinə görə təşəkkür etdim”, – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Fransa Ukraynanın üzləşdiyi çətinlikləri anlayır.