NATO-nun Vilnüsdə keçirilən sammitinə qatılan Ukrayna Prezidenti Vladimir Zelenski və xanımının Litvanın birinci xanımı – Diana Nepaite-Nausedienė ilə görüşü qalmaqal yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilir ki, Zelenski Litvanın birinci xanımını qucaqlayıb və onun hər iki yanağından üç dəfə öpüb. Yelena Zelenskayanın reaksiyası isə istifadəçiləri heyrətə gətirib. Ukraynanın birinci xanımı əvvəlcə ərinə təəccüblə baxıb, sonra onun kürəyini toxunub. Daha sonra Zelenski onun əlini tutmaq istəyəndə isə imtina edib.
Bütün bunlar kameralara tuş gəlib.
Şərhçilərin fikrincə, birinci xanım ərindən olduqca gülməli şəkildə inciyib.
Sosial şəbəkədə ollaya müxtəlif gülməli reaksiyalar verilməkdədir.