Ukrayna qoşunları taktika və müasir silahların tədarükü sayəsində Lisiçanska qayıdacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əsgərlərin, insanlarımızın həyatını qoruyuruq. Divarları bərpa edəcəyik, torpağı geri alacağıq və hər şeydən çox insanlar qorunmalıdır. Əgər ordu komandanlığı düşmənin ən böyük atəş üstünlüyü olduğu cəbhədə, xüsusən də Lisiçanskda insanları müəyyən nöqtələrdən geri çəkirsə, bu, yalnız bir şey deməkdir – müasir silahların tədarükünü artıraraq taktikamız sayəsində geri dönəcəyik”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna ordu qüvvələri Rusiyanın intensiv atəş üstünlüyü nəticəsində Lisiçanskda mövqelərini tərk etmək məcburiyyətində qalıb.