Zelenski Leyen və Mişellə danışdı

Zelenski Leyen və Mişellə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında yazıb.

Leyen və Mişellə telefon əlaqəsində ölkəsinin avropayönlü islahatlar kursunu davam etdirəcəyini bildirən Zelenski Avropa Şurasının 23-24 iyun tarixlərində keçiriləcək tarixi iclası ərəfəsində atılacaq addımları razılaşdırdıqlarını qeyd edib.

Teqlər: