Ukrayna Prezident Vladimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalarla bağlı qərarını təsdiqləyib.
AzerTimes xəbər verir ki, o, bu barədə xalqa müraciətində deyib.
“Bu gün dövlətimiz tərəfindən terrorçu dövlətə qarşı daha bir sanksiya addımı atılır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalarla bağlı qərarı qüvvəyə minib. Bu, bu sənayedə son qərar deyil. Bizim addımlarımızın mənası həm də diplomatlarımızın Rusiyanın təcavüz maşınının bu hissəsinə qarşı qlobal sanksiyaları genişləndirmək səylərini dəstəkləməkdir”, – o bildirib.