İsveç kralı XVI Karl Qustav və Kraliça Silvia Stokholmda Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskini qəbul ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna lideri öz Teleqram kanalında məlumat verib.
“Biz İsveçin bütün mümkün sahələrdə güclü köməyini yüksək qiymətləndiririk. Bu, ukraynalıların azadlıq və Avropanın gələcəyi uğrunda mübarizəsinə mühüm töhfədir”, – Zelenski bildirib.