Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb.
“Mən bu yaxınlarda cənab Ərdoğanla görüşdə NATO-da İsveçin lehinə arqumentlər verdim. Biz bu işi gələcəkdə də davam etdirəcəyik”, – Zelenski bildirib.