Zelenski istəsə, bir günə müharibəni dayandırar – Peskov

Zelenski istəsə, bir günə müharibəni dayandırar – Peskov

Ukrayna hakimiyyəti istəsə, bir neçə saat ərzində hərbi əməliyyatları dayandıra bilər.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukrayna tərəfi günün sonuna qədər hər şeyi dayandıra bilər. Millətçi birləşmələrin, Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri lazımdır və Rusiyanın şərtləri yerinə yetirilməlidir. Günün sonuna qədər hər şey bitə bilər”, – Peskov bildirib.

Teqlər: