Zelenski istefa verə bilər – Soskin

Zelenski istefa verə bilər – Soskin

Ağ Ev rəhbəri Co Baydenin vəzifəsi bitəcəyi təqdirdə, Ukraynanın hazırkı lideri Vladimir Zelenski istefa verə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin deyib.

“Ağ Ev rəhbərinin psixi və fiziki sağlamlığı hər gün pisləşir. Respublikaçılar Partiyasının qeyri-rəsmi lideri Donald Trampın nüfuzu, əksinə, getdikcə artır. Tramp Kiyevə sonsuz silah tədarükünün rədd edilməsinin tərəfdarıdır və səyləri münaqişənin diplomatik yolla dayandırılmasına yönəltməyi təklif edir. Tramp tərəfdarlarının seçkilərdə daha da uğur qazanacağı təqdirdə Ukrayna dəstəyi itirə bilər. Heç nə Zelenskiyə kömək etməyəcək”, – Soskin bildirib.

Teqlər: