Polşa yaxın zamanlarda Ukraynaya 14 “Leopard” tankı göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda Davos İqtisadi Forumunda çıxışında deyib.
“Prezident Vladimir Zelenski dəfələrlə məndən dəstək istədi. O dedi ki, onların tanklara ehtiyacı var. Biz Ukraynaya 260-dan çox köhnə tankımızı bağışladıq. Bu, praktiki olaraq Ukraynaya böyük dəstəyin başlanğıcı idi və ümid edirəm ki, “Leopard” tanklarınınUkraynaya göndərilməsi qərarı yardımın yeni başlanğıcı olacaq”, – Duda bildirib.