Ukrayna lideri Vladimir Zelenskinin mart ayında Ermənistana gələcəyi haqda erməni mediası məlumat yayıb.
AzerTimes xəbər verir ki, “Azadlıq” radiosu Zelenskinin Azərbaycanı da “səfər çərçivəsində” ziyarət edəcəyini yazıb.
“Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Zelenskinin Azərbaycana səfər edəcəyi barədə məlumat feykdir. Belə ki, Zelenski yalnız Ermənistana səfər edəcək.
Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana gələcəyi haqda xəbər sensasiya doğurub. Bu, Ermənistanın müttəfiqi sayılan Rusiyadan tam imtina etməsi anlamına gəlir.