Ukrayna lideri Zelenskinin Ermənistana səfər edəcəyinə az inanıram. Heç kim onun Ermənistanda təhlükəsizliyinə təminat verməyəcək.
Bu sözləri AzerTimes-a açıqlamasında gürcü politoloqu Gela Vasadze deyib.
“Bu səfərin mənasını görmürəm. Nə üçün lazımdır? Rusiyanın payını vermək üçün? Bunun üçün prezidenti riskə atmaq? Məncə, bu mümkün deyil. Gürcülərin yaxşı bir sözü var – yuxu görmək üçün yatmaq lazımdır. Baxaq, gözləyəcəyik, görək bütün bunlardan nə çıxacaq. Amma düşünmürəm ki, Zelenskinin səfəri ilə Ermənistan Rusiyadan Qərbə yönəlməsini nümayiş etdirmək istəyir. İrəvanı Rusiyadan uzaqlaşdırmaq üçün növbəti addım Rusiya sərhəd qoşunlarının Zvartnots hava limanından çıxarılması olardı. Daha yaxşısı isə rus sərhədçiləri Ermənistanın bütün sərhədlərindən uzaqlaşdırmaqdır. Və ya, məsələn, dəmir yolu müqaviləsinə xitam vermək”, – o bildirib.