Ermənistan KİV Ukrayna Prezidenti Vladimir Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi ilə bağlı məlumat yayıb.
AzerTimes xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Zelenskinin yaxın vaxtlarda Ermənistana gələcəyi ilə bağlı KİV-də yayılan xəbəri nə təkzib edib, nə də təsdiq edib.
“Deyə bilərik ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır”, – Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.