Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin diplomatik yolla həllində maraqlı deyil.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Məqsədimiz sadədir – Ukraynanın müstəqil qalmasını təmin etmək və sonda danışıqlara başlayacağı təqdirdə ən güclü mövqeni təmin etmək”, – Blinken vurğulayıb.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Putinlə danışıqlardan imtina etməsinə münasibət bildirib:
“Zelenski aydın şəkildə göstərdi ki, diplomatiya nə vaxtsa buna son qoymalıdır. Ancaq indiyə qədər gördüyümüz budur ki, Putin diplomatiyaya maraq göstərmir”.