Zelenski ilə Putin arasında görüş yaxın həftələrdə baş tuta bilər

Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir
Putin arasında görüş yaxın həftələrdə baş tuta bilər.

Trend-in
məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo
Podolyak deyib.

“Zelenski ilə Putinin görüşü razılaşma üzərində işlərin başa
çatmasından sonra, yaxın həftələrdə baş tuta bilər”, – o
bildirib.

Podolyak, həmçinin əlavə edib ki, Rusiya ilə Ukrayna arasında
sülh sazişinin razılaşdırılması bir neçə gündən bir həftə yarımadək
vaxtı əhatə edə bilər.

(Tərcümə: Orxan Nəbiyev)