ABŞ Vladimir Zelenskinin statusu ilə bağlı mövqeyini dəyişməyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən RİA Novosti-yə verilən cavabda bildirilib.
“Biz Dövlət Departamentinin sözçüsü Metyu Millerin 25 mart tarixli şərhlərinə istinad edirik”, – Departament vurğulayıb.
Qeyd edək ki, Miller martın 25-də Zelenskinin prezident səlahiyyətlərinin başa çatmasını şərh edərkən, ABŞ-ın Ukraynada münaqişə və bu şəraitdə seçkilərin keçirilməsini çətin hesab etdiyini bildirib.