Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi əməliyyatlar
zamanı 2,5-3 min hərbçinin həlak olduğunu açıqlayıb.
Trend “UNİAN”a istinadən xəbər verir ki, ölkə başçısı bunu CNN
telekanalına müsahibəsində deyib.
“Ukrayna rəsmiləri hesab edir ki, müharibədə 2,5 min – 3 min
ukraynalı əsgər həlak olub, lakin müqayisə üçün deyək ki, ölən rus
əsgərlərinin sayı 19-20 mindir. Bundan əlavə 10 minə yaxın
ukraynalə əsgər yaralanıb. Onlardan neçə nəfərinin sağ qalacağını
söyləmək çətindir”, – V.Zelenski bildirib.