Ukrayna Prezidenti Vladimir Zelenski Xortitsa və Tavriya əməliyyat-strateji qoşun qruplaşmalarının hərbçilərinə təşəkkür edib.
AzerTimes xəbər verir ki, bu barədə videomüraciətində bildirib.
“Hər bir döyüş briqadamıza, hər bir bölməmizə, Xortitsa və Tavriyada indi döyüşdə olan hər kəs, mövqedə olan, kömək edən hər kəsə təşəkkür edirəm. Hər addımınız üçün təşəkkür edirəm. Hər döyüş üçün, hər məhv edilmiş işğalçı üçün…”, – Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna SQ-nin bölmələri Donetsk vilayətində Neskuçne, Bloqodatne, Makarivka, Storojeve (Mariupol istiqamətində) və Berxivka (Baxmut istiqamətində) yaşayış məntəqələrini ruslardan azad edib.